Bakı. Trend:
Qazax şəhərində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 9 m2sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.