...

2 gün əvvəl Qubada meşədə itkin düşmüş uşaq tapılıb - Vəziyyəti normaldır

Hadisə Materials 30 Avqust 2017 11:15 (UTC +04:00)
İki gün əvvəl Qubada itkin düşmüş uşaq tapılıb.
2 gün əvvəl Qubada meşədə itkin düşmüş uşaq tapılıb - Vəziyyəti normaldır

Bakı.Trend:

İki gün əvvəl Qubada itkin düşmüş uşaq tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 28-də Quba rayonunun Əsgi İqrığ kəndində meşəlik ərazidə itkin düşmüş Quba rayon sakini 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu bu gün saat 09:45-də FHN-in Şimal regional mərkəzinin xilasediciləri tərəfindən tapılıb.

Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, N.Əliyevin axtarışlarında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti