...

Qubada iki nəfərin ölümündə təqsirləndirilən hər iki sürücüyə hökm oxundu

Hadisə Materials 27 Noyabr 2017 17:46
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada iki nəfərin ölmü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Malik Həmidov və Ceyhun Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qubada iki nəfərin ölümündə təqsirləndirilən hər iki sürücüyə hökm oxundu

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada iki nəfərin ölmü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Malik Həmidov və Ceyhun Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Malik Həmidov 8 il, ev dustaqlığında olan Ceyhun Allahverdiyev isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalıdan həbs olunub.

İttihama görə, bu ilin mart ayında Quba-Qusar yolunun 7-ci kilometrliyində Malik Həmidovun idarə etdiyi VAZ 2107 markalı avtomobililə Ceyhun Allahverdiyevin sürdüyü BMW markalı avtomobil toqquşub. Nəticədə Quba rayon sakinləri Ruslan Şahmirzəyev və Novruz Vahidli hadisə yerində ölüb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan daha 5 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İstintaq araşdırması zamanı sürücülər - Malik Həmidov və Ceyhun Allahverdiyevin yol hərəkəti qaydasını pozmaları müəyyən edilib. Onların barəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti