...

Həmkəndlisinin evindən oğurluq edənlər saxlanılıb

Hadisə Materials 26 Dekabr 2017 19:30 (UTC +04:00)
Qəbələdə həmkəndlisinin evindən oğurluq edənlər saxlanılıb.
Həmkəndlisinin evindən oğurluq edənlər saxlanılıb

Bakı. Trend:

Qəbələdə həmkəndlisinin evindən oğurluq edənlər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, dekabrın 25-də Qəbələ rayon Zarağan kənd sakini Barikə Məmmədova RPŞ-yə ərizə ilə müraciət edərək, ona məxsus 17 baş xırdabuynuzlu mal-qaranın oğurlandığını bildirib.

RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Onların Qəbələ rayonu Zarağan kənd sakinləri İlkin Bəhərçinov, Şiralı Paşazadə və Anar Əliyev olduğu müəyyən edilib. Aparılan araşdırmalarla məlum olub ki,onlar oğurladıqları heyvanları rayonun Tüntül kənd sakinlərindən birinin evində gizlədiblər. Oğurlanmış heyvanlar polis əməkdaşları tərəfindən götürülərək sahibinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti