Bakı. Trend:
Sumqayıt şəhərində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 m² sahədə qismən yanmışdır.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.