...

Beyləqanda məktəb yanıb

Hadisə Materials 24 Yanvar 2018 23:09 (UTC +04:00)
Beyləqan rayonunda yanğın hadisəsi baş verib.
Beyləqanda məktəb yanıb

Bakı. Trend:

Beyləqan rayonunda yanğın hadisəsi baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Əhmədli kəndində ümumi sahəsi 650 m² olan birmərtəbəli orta məktəb binasında yanğın nəticəsində 5 sinif otağının tavanı 190 m² sahədə və 2 sinif otağında olan əşyalar 52 m² sahədə yanıb.

Digər sinif otaqları yanğından mühafizə olunub. Yanğın saat 19:50 dəqiqədə yanğın bölmələri tərəfindən söndürülüb.​​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti