...

Gəncədə 1 otaqlı mənzil yanıb, ölən var

Hadisə Materials 27 Fevral 2018 07:51 (UTC +04:00)
Gəncədə yanğın qeydə alınıb
Gəncədə 1 otaqlı mənzil yanıb, ölən var

Bakı. Trend:

Gəncədə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 34 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti