...

Kimya zavodunda yanğın - Ölənlər var

Hadisə Materials 9 Mart 2018 11:27 (UTC +04:00)
Hindistanın qərbindəki Maharaştra ştatında kimya zavodunda yanğın baş verib
Kimya zavodunda yanğın - Ölənlər var

Bakı. Trend:

Hindistanın qərbindəki Maharaştra ştatında kimya zavodunda yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub.

Qeyd olunur ki, yanğına səbəb elektrik qazanının partlaması olub. İlkin ehtimallara görə, partlayış təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində baş verib.

Bildirilir ki, yanğın 3 qonşu zavodun ərazisini də əhatə edib.

Yanğın nəticəsində daha 13 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti