...

DİN Xaçmazdakı hadisə ilə bağlı məlumat yaydı

Hadisə Materials 14 Mart 2018 12:28 (UTC +04:00)
Xaçmaz rayonunda 10 yaşlı E.Şıxıyev tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşına xəsarət yetirib
DİN Xaçmazdakı hadisə ilə bağlı məlumat yaydı

Bakı. Trend:

Xaçmaz rayonunda 10 yaşlı E.Şıxıyev tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşına xəsarət yetirib.

DİN-dən Trend-ə verilən məlumata görə, hadisə martın 13-də Xaçmaz rayonunun İlxıcı kəndində baş verib.

Kənd sakini, 10 yaşlı Emil Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş yaralının vəziyyəti qənaətbəxşdir.

Xaçmaz RPŞ-nin əməkdaşalrı tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi və giliz götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti