...

"Azərişıq" ASC-yə məxsus yeraltı kabeli kəsib oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 24 Mart 2018 14:00 (UTC +04:00)
“Azərişıq” ASC-yə məxsus yeraltı kabeli kəsərək oğurlayan şəxs saxlanılıb.
"Azərişıq" ASC-yə məxsus yeraltı kabeli kəsib oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

“Azərişıq” ASC-yə məxsus yeraltı kabeli kəsərək oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 23-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində, “Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeni çəkilmiş, lakin istifadəyə verilməmiş yeraltı kabelin 2000 metrlik hissəsi kəsilərək oğurlanıb.

Binəqədi rayon Polis İdarəsi 40-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Vəliyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti