...

Toyda zəhərlənənlərin sayı 173 nəfər oldu (YENİLƏNİB)

Hadisə Materials 2 Aprel 2018 11:12 (UTC +04:00)
Qırğızıstanın paytaxtı Bişkekdə restoranlardan birində kütləvi zəhərlənmə baş verib.
Toyda zəhərlənənlərin sayı 173 nəfər oldu (YENİLƏNİB)

Bakı. Trend:

İlk xəbər 09:40-da yayılıb

Qırğızıstanın paytaxtı Bişkekdə restoranlardan birində kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, zəhərlənmə nəticəsində 100 nəfər xəstəxanaya yerləşdirilib.

Respublika Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, 89 nəfər İnfeksion xəstəxanaya, daha 11 nəfər İssık-Kul vilayət infeksion xəstəxanasına yerləşdirilib.

Zəhərlənənlər arasında 19 uşağın olduğu bildirilir. Məlumata görə, daha 50 nəfər ambulator müalicə keçirir.

Hazırda zəhərlənməyə səbəb olması ehtimal edilən qida nümunələri laborator müayinələrə cəlb olunub.

xxx

Ən son məlumatlara, Bişkekdə restoranların birində zəhərlənən insanların sayı 173 nəfərə çatıb. Onlardan 150 nəfəri paytaxtda, 23-ü isə regionlarda müalicə olunur.

Zəhərlənmə faktı ilə bağlı ekspertiza təyin olunub, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti