...

Məşhur aktyorun oğlu narkotik üstündə tutuldu

Hadisə Materials 6 Aprel 2018 14:23 (UTC +04:00)
Məşhur Hollivud aktyoru Şon Penin 24 yaşlı oğlu Hopper Pen narkotik vasitələrin saxlanılması maddəsi ilə həbs olunub.
Məşhur aktyorun oğlu narkotik üstündə tutuldu

Bakı. Trend:

Məşhur Hollivud aktyoru Şon Penin 24 yaşlı oğlu Hopper Pen narkotik vasitələrin saxlanılması maddəsi ilə həbs olunub.

Trend-in məlumatına görə, aktyorun oğlu Nebraska ştatında tutulub.

Məlumatda qeyd edilir ki, o, rəfiqəsi ilə birlikdə yol gedərkən saxlanılıb və onun avtomobilinə baxış keçirilib. Bu zaman avtomobildə 14 qram marixuana, 4 həb amfetamin və 3 qram digər narkotik vasitə aşkarlanıb.

Qeyd edək ki, amfetaminin saxlanılması və yayılması ABŞ-da cinayət məsuliyyəti hesab olunur.

Qeyd edək ki, amfetamin ABŞ-da cinayət tərkibli maddə sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti