Bakı. Trend:
İtaliyanın şimalındakı Pyemont vilayətində sürət qatarı relsdən çıxıb.
Trend-in məlumatına görə, qəza nəticəsində azı 2 nəfər xəsarət alıb.
Qeyd olunur ki, qəzaya qatarın dəmir yolunun qırağında quraşdırılan kranın qoluna ilişməsi səbəb olub.
Hadisə yerinə xilasedicilər cəlb olunub. Qəza ilə bağlı təfərrüatlar araşdırılır.