...

Masallıda məsciddən 5 min manata yaxın pul oğurlayanlar saxlanılıb

Hadisə Materials 1 May 2018 17:04 (UTC +04:00)
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Masallıda məsciddən 5 min manata yaxın pul oğurlayanlar saxlanılıb

Bakı. Trend:

Masallıda məsciddən 5 min manata yaxın pul oğurlayanlar saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublunun oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər aşkarlanaraq saxlanılıblar.

Hadisəni törədənlərin Cəlilabad rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudov olduqları müəyyən edilib. Saxlanılan şəxslər törətdikləri əməli etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti