...

Komitə aksiz markasız siqaret və araqlar aşkarladı

Hadisə Materials 7 May 2018 11:13 (UTC +04:00)
Külli miqdarda aksiz markasız siqaretlərin və araqların realizə edilməsinin qarşısı alınıb.
Komitə aksiz markasız siqaret və araqlar aşkarladı

Bakı. Trend:

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda aksiz markasız siqaretlərin və araqların realizə edilməsinin qarşısını alıblar.

DGK-dan Trend-ə verilən məlumata görə, Baş İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan vətəndaşının idarə etdiyi "Renault Tondar 90" markalı minik avtomobili Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Avtomobilə baxış zamanı, küllli miqdarda aksiz markasız "Marlboro", "King" siqaretləri və "Nemiroff" araqları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti