...

DMX: 53 əcnəbi inzibati məsuliyyətə cəlb edilib

Hadisə Materials 11 May 2018 12:32 (UTC +04:00)
May ayının ilk 10 günü ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­ən tədbirlər za­ma­nı 22 Pakistan, 20 Özbəkistan, 6 Hindistan, 2 Türkiyə, 2 Gürcüstan və 1 nəfər Qırğızıstan və­tən­da­şı olmaqla, ümumilikdə 53 əcnəbi sax­­­lanılıb.
DMX: 53 əcnəbi inzibati məsuliyyətə cəlb edilib

Bakı. Trend:

May ayının ilk 10 günü ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­ən tədbirlər za­ma­nı 22 Pakistan, 20 Özbəkistan, 6 Hindistan, 2 Türkiyə, 2 Gürcüstan və 1 nəfər Qırğızıstan və­tən­da­şı olmaqla, ümumilikdə 53 əcnəbi sax­­­lanılıb.

DMX-dən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub. Həmçinin, 19 nəfər Öz­­bəkistan vətəndaşının və 1 nəfər Qır­ğı­zıs­tan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Bundan əlavə, ölkədə qanunsuz ya­şa­yan Pakistan İslam Respublikasının vətəndaşları Tahira Yasmeen və Tabsum Khawaja Waqar Rahmed tərəfindən öz həmvətənlərini Azər­bay­can əra­zisindən istifadə etməklə Avropa və Kanada istiqamətində tranzit keçidini təşkil etmək vədi ilə aldadaraq Azərbaycana gətirdikləri məlum olub.

T.Yasmeen həmin əcnəbilərin müxtəlif ün­van­larda yerləşdiril­mə­­sini həyata ke­çir­ib­, onlara Azərbaycanda müvəqqəti ya­şa­ma icazəsi alacağına vəd verməklə, müəyyən məbləğdə pullarını mənimsəyib və qanunsuz miqrasiya­ya şərait ya­radıb.

Qeyd edilən əcnəbilərin müvafiq məsuliyyətə cəlb edilmələri, eləcə də Azərbaycan hüdudlarından kə­na­ra çıxarılmaları istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti