Bakı. Orxan Nəbiyev - Trend:
İtaliyanın cənubundakı Apuliya vilayətində mafiyaya qarşı əməliyyat keçirilib.
Trend-in məlumatına görə, Brindizi şəhərində keçirilən əməliyyat nəticəsində “Sakra Korona Unita” mafiyasına mənsub olmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, mafiya üzvləri bir-birləri ilə şifrələnmiş məktublarla ünsiyyət saxlayırmışlar.
Saxlanılanlar barəsində qanunsuz silah saxlamaq, narkotik ticarəti və mafiya fəaliyyəti kimi ittihamlar irəli sürülüb.