...

Qadına zor tətbiq edərək pulunu alan şəxs saxlanılıb

Hadisə Materials 2 İyun 2018 19:43 (UTC +04:00)
Nəsimidə soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Qadına zor tətbiq edərək pulunu alan şəxs saxlanılıb

Bakı. Trend:

Nəsimidə soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Əliyeva Nəsimi rayonu ərazisində bir nəfərin zor tərəbiq edərək onun pulunu aldığını bildirib.

Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bülbül prospektindəki mağazaların birində, naməlum şəxsin satıcı işləyən həmin qadına zor tətbiq edərək oradan 100 manat pul apardığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Soltanov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti