...

Dağıstanda ağır yol qəzası

Hadisə Materials 14 İyun 2018 00:33 (UTC +04:00)
Dağıstanda yük maşını ilə sərnişin mikroavtobusun toqquşması nəticəsində, 17 nəfər yaralanıb, üç nəfər ağır, bir nəfər kritik vəziyyətdədir. Yaralılar arasında uşaqlar var.
Dağıstanda ağır yol qəzası

Bakı. Trend:

Dağıstanda yük maşını ilə sərnişin mikroavtobusun toqquşması nəticəsində, 17 nəfər yaralanıb, üç nəfər ağır, bir nəfər kritik vəziyyətdədir. Yaralılar arasında uşaqlar var.

Bu haqda Trend, respublikanın təcili yardım xidmətinə istinadən məlumat verir.

“Yerli əhəmiyyətli avtomobil yolunda “Qazel” markalı sərnişin mikroavtobusu ilə “Kamaz” markalı yük maşınının toqquşması nəticəsində üç nəfər ağır, bir nəfər kritik vəziyyətdədir. İlkin məlumata görə üçü uşaq olmaqla, 17 nəfər xəsarət alıb”, - xəbərdə deyilir.

Hadisənin təfərrüatları aydınlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti