...

DİN Maştağada baş verən insidentlə bağlı məlumat yayıb

Hadisə Materials 21 İyun 2018 12:09 (UTC +04:00)
Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib
DİN Maştağada baş verən insidentlə bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Maştağada baş verən insidentlə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib.

Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti