...

Bakıda kreditə görə müsadirə olunan avtomobili öz sahibi qaçırdı

Hadisə Materials 21 İyun 2018 13:37 (UTC +04:00)
İmişli sakini kreditə görə müsadirə olunan avtomobilini qaçırıb.
Bakıda kreditə görə müsadirə olunan avtomobili öz sahibi qaçırdı

Bakı. Trend:

İmişli sakini kreditə görə müsadirə olunan avtomobilini qaçırıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus “Mercedes” markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib.

Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin “Mercedes” iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum olunmuş elə N.Abbasov müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti