...

Prokuror Bakıda banka silahlı basqın edən şəxsə 13 il cəza istədi

Hadisə Materials 3 İyul 2018 17:09 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda banka basqın etməkdə təqsirləndirilən Nazim Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prokuror Bakıda banka silahlı basqın edən şəxsə 13 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda banka basqın etməkdə təqsirləndirilən Nazim Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror N.Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Bakı şəhər sakini Nazim Məmmədov bu il yanvarın 18-də "TuranBank"ın Yasamal filialına basqın edərək xəzinədarı bıçaqla hədələyib, pul tələb edib.

N.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti