...

Qəbələdə "Opel" ata və oğlunu vurdu, azyaşlı uşaq öldü

Hadisə Materials 5 İyul 2018 10:28 (UTC +04:00)
Qəbələ rayonunda ağır yol qəzası baş verib.
Qəbələdə "Opel" ata və oğlunu vurdu, azyaşlı uşaq öldü

Bakı. Samir Əli - Trend:

Qəbələ rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə iyulun 4-də gecə saatlarında baş verib.

1982-ci il təvəllüdlü Mustafayev Ziyanur Ətraf oğlu idarə etdiyi "Opel" markalı 10 SZ 127 dövlət nömrə nişanlı avtomobillə Ağdaş-Qəbələ avtomobil yolu ilə Qəbələ istiqamətində hərəkət edərkən yolun kənarında hərəkətdə olan piyada, 1991-ci il təvəllüdlü Haqverdiyev Rəvan Rövşən oğlu və onun azyaşlı oğlu, 2012-ci il təvəllüdlü Haqverdiyev Rövşən Rəvan oğlunu vurub.

Hadisə nəticəsində azyaşlı hadisə yerində dünyasını dəyişib, atası R.Haqverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti