...

Maştağa sakini bıçaqlandı

Hadisə Materials 13 İyul 2018 11:41 (UTC +04:00)
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Maştağa sakini bıçaqlandı

Bakı. Trend:

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə. iyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisindən qəsəbə sakini Hacıağa Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olub.

Məlumatla əlaqədar 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini Mircəlal Süleymanov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti