...

Türkiyəli zəvvarlar Mədinədə yol qəzasına düşüblər

Hadisə Materials 26 İyul 2018 16:03 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyəli zəvvarları aparan avtobus Səudiyyə Ərəbistanının Mədinə şəhərində qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində avtobus yanıb.

Qəza zamanı 5 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti olduqca ağır qiymətləndirilir.

Yaralılar gün ərzində Türkiyəyə çatdırılıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti