...

Qubada dağlıq ərazidə növbəti yanğın baş verib

Hadisə Materials 30 İyul 2018 19:37 (UTC +04:00)
Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.
Qubada dağlıq ərazidə növbəti yanğın baş verib

Bakı. Trend:

Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, yanğınsöndürmə işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və 1 ədəd texnikası, yerli sakinlərdən ibarət könüllülər cəlb oluub. İlkin məlumata görə, yanğınların yayılmasının qarşısı alınıb.

Hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti