...

Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub

Hadisə Materials 8 Avqust 2018 18:56 (UTC +04:00)
Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş əkin sahələri, dağlıq və meşəlik ərazilərdə yanğın baş verib.
Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub

Bakı. Trend:

Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş əkin sahələri, dağlıq və meşəlik ərazilərdə yanğın baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerində Quba Rayon Polis Şöbəsinin, FHN-nin əməkdaşları və yerli sakinlər olublar. Baş verən yanğınlarda Quba Rayon Polis şöbəsinin əməkdaşları yanğının qarşısının alınmasında iştirak ediblər.

Alpan kəndi ərazisindəki yanğın tez bir zamanda söndürülüb. Digər kəndlərdə alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti