...

Saatlı sakininin həyətində çətənə kolları aşkar edilib

Hadisə Materials 25 Avqust 2018 11:13 (UTC +04:00)
Saatlı sakininin həyətində çətənə kolları aşkar edilib.
Saatlı sakininin həyətində çətənə kolları aşkar edilib

Bakı. Trend:

Saatlı sakininin həyətində çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini 45 yaşlı Abasət Ağayev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 54 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti