...

Gədəbəydə "VAZ" ağaca çırpılıb, 2 nəfər yaralanıb

Hadisə Materials 26 Avqust 2018 22:21 (UTC +04:00)
Gədəbəy rayonunda yol qəzası baş verib.
Gədəbəydə "VAZ" ağaca çırpılıb, 2 nəfər yaralanıb

Bakı. Trend:

Gədəbəy rayonunda yol qəzası baş verib.

Trend-ə FHN-dən verilən məlumat əsasən, rayonun Qaradağ kəndində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti