...

Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Hadisə Materials 29 Avqust 2018 07:31 (UTC +04:00)
Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. Trend:

Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti