...

DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 4 Oktyabr 2018 12:10 (UTC +04:00)
Bərdə rayonunun Mehdili kəndi ərazisində “VAZ-21011” və “Hovo” markalı avtomobillər toqquşub
DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Bərdə rayonunun Mehdili kəndi ərazisində Goranboy rayon sakinləri Azər Vəliyevin idarə etdiyi “VAZ-21011” və Raqib Nuriyevin idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub. Nəticədə A.Vəliyev və sərnişinləri - arvadı Rəna Rəcəbəliyeva, oğlu Rəvan və qayınanası Zeynəb Rəcəbəliyeva hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti