Bakı. Samir Əli - Trend:
Samuxda elektrik stansiyasında baş verən qəza nəticəsində bir nəfər ağır xəsarət alıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində Samux rayon sakini, 1978-ci il təvəllüdlü Həsənov Elmir Natiq oğlu ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Gəncə şəhər 2 saylı Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib.