...

Qadınların çantasını oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 1 Dekabr 2018 16:30 (UTC +04:00)
Sumqayıtda içərisində pul və bahalı əşyalar olan çantaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Qadınların çantasını oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Sumqayıtda içərisində pul və bahalı əşyalar olan çantaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Nəsibovanın içərisində 700 manat, 500 ABŞ dolları və sənədlər olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini Zaur Rzayev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir qadının içərisində 285 manat, 1 ədəd qızıl üzük, mobil telefon və sənəd olan çantasını və digər şəxsin mobil telefonunu oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti