Bakı. Trend:
Çində Pekin Nəqliyyat Universitetinin ərazisində partlayış baş verib. Trend-in məlumatına görə, partlayış universitetin kampusu ərazisində tələbə laboratoriyasının ikinci binasında olub.
Xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Partlayışın ardınca binada yanğın baş verib. Hadisənin səbəbləri məlum deyil.