...

Paytaxtda iki uşaq kilidli qapı arxasında köməksiz qalıb

Hadisə Materials 10 Yanvar 2019 00:51 (UTC +04:00)
Bakıda iki uşaq kilidli qapı arxasında köməksiz qalıb.
Paytaxtda iki uşaq kilidli qapı arxasında köməksiz qalıb

Bakı. Tural Turan - Trend:

Bakıda iki uşaq kilidli qapı arxasında köməksiz qalıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti