...

Binəqədidə bağlı qapı arxasında qalan şəxs xilas edilib

Hadisə Materials 20 Yanvar 2019 22:09 (UTC +04:00)
Bakının Binəqədi rayonunda bağlı qapı arxasında qalan şəxs xilas edilib
Binəqədidə bağlı qapı arxasında qalan şəxs xilas edilib

Bakı. Tural Turan - Trend:

Binəqədidə bağlı qapı arxasında qalan şəxs xilas edilib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti