...

Antalyada 34 yaşlı azərbaycanlının meyiti hamamda tapıldı

Hadisə Materials 4 Fevral 2019 16:43 (UTC +04:00)
Antalya şəhərində yaşayan 34 yaşlı Azərbaycan vətəndaşı Saleh Abdullayev vəfat edib.
Antalyada 34 yaşlı azərbaycanlının meyiti hamamda tapıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Antalya şəhərində yaşayan 34 yaşlı Azərbaycan vətəndaşı Saleh Abdullayev vəfat edib.

Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, S.Abdullayevin meyiti yaşadığı mənzilin hamamında tapılıb.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti