...

Qətldə təqsirləndirilən beynəlxalq dərəcəli hakimin məhkəməsi başladı

Hadisə Materials 5 Fevral 2019 15:31 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Qətldə təqsirləndirilən beynəlxalq dərəcəli hakimin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclasının fevralın 14-nə təyin edilib.

Ötən il iyun 28-də Xırdalan şəhərində, şəhər sakini Pərviz Həbibovun evində infaktdan ölməsi ilə bağlı məlumat daxil olub.

Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ə.N.Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ə.Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimi vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti