Bakı. Tural Turan - Trend:
Abşeronda bir nəfər bağlı qapı arxasında qalıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Abşeron rayonunun Məmmədli kəndində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.