Bakı. Trend:
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Möhüc kənd sakini Hüseynağa İsbatova məxsus fərdi yaşayış evinin həyətində gizlədilmiş bir ədəd “Skat” markalı tapança, bir ədəd xəncər, bir ədəd təklüləli ov tüfəngi və 9 ədəd patron aşkar edərək götürüblər.
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.