...

Gədəbəydə meşədən silah-sursat tapılıb

Hadisə Materials 28 Mart 2019 11:05 (UTC +04:00)

Bakı. Trend:

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, martın 27-də daxil olmuş məlumat əsasında Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Turşsu adlanan meşəlik ərazisindən bir ədəd istifadəyə yararsız "AKS-74" markalı silah, 64 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti