...

Nərimanovda yol qəzası - Sürücünü maşından FHN çıxardı

Hadisə Materials 5 Aprel 2019 10:04 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “Mercedes” və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti