...

Myanma hava limanında təyyarə təcili eniş etdi

Hadisə Materials 12 May 2019 20:20 (UTC +04:00)

Bakı. Trend:

"Myanmar National Airlines" aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsi bu gün Mandalay Beynəlxalq Hava Limanına təcili eniş edib.

Trend-in məlumatına görə, bu barədə AFP agentliyi xəbər verir.

Məlumata əsasən, təyyarədə nasazlıq yaranıb.

Hadisə zamanı təyyarədə olan 89 nəfərin heç biri xəsarət almayıb.

Təyyarə arxa təkərləri üstə düşüb, sonra isə ön hissəyə aşıb dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti