...

Qubada soyğunçuluq edən şəxs saxlanılıb

Hadisə Materials 21 May 2019 18:18 (UTC +04:00)
Qubanın Amsar kənd ərazisində soyğunçuluq edən şəxs saxlanılıb
Qubada soyğunçuluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Qubanın Amsar kənd ərazisində soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba Regional qrupundan Trend-ə verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Amsar kənd ərazisində Akif Sərdarova qarşı soyğunçuluq edərək, xeyli miqdarda pulunu açıq talama yolu ilə ələ keçirən həmin kənd sakini, əvvəllər məhkum olunmuş 58 yaşlı Əjdər Ağammədov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, soyğunçuluq yolu ilə əldə edtidi pulları Xaçmaz şəhər ərazisində xərclədiyini bildirib.

Faktla əlaqədar Ə.Ağammədov barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti