...

Şirvanda qəza - 1 nəfər ölüb

Hadisə Materials 30 May 2019 14:52 (UTC +04:00)
Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Şirvanda qəza - 1 nəfər ölüb

Bakı. Trend:

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 28-i saat 23 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində şəhər sakini E.Həsənov idarə etdiyi “QAZ-31029” markalı avtomobil yolu keçən həmyerliləri Dmitriy Çikunovu və X.Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən D.Çikunov orada ölüb,, X.Məmmədovun isə vəziyyəti orta-ağırdır.

Faktla bağlı Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti