...

Sumqayıtda ikimərtəbəli tikili yanıb

Hadisə Materials 6 İyun 2019 14:31 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sumqayıtda ikimərtəbəli tikili yanıb

Bakı. Trend:

Sumqayıt şəhərində ümumi sahəsi 2000 kv.m olan ikimərtəbəli tikilidə yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hazırda fəaliyyət göstərməyən tikilinin yanar konstruksiyaları 800 kv.m sahədə və dam örtüyü 400 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti