...

Bakıda ev yandı - 1 yaşlı körpə öldü

Hadisə Materials 11 İyun 2019 13:00 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.
Bakıda ev yandı - 1 yaşlı körpə öldü

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.

Trend-ə FHN-dən verilən məkumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.

Məlumata görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti