...

Sarayda avtomobil hasara dəydi, sürücü öldü

Hadisə Materials 18 İyun 2019 14:55 (UTC +04:00)
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Sarayda avtomobil hasara dəydi, sürücü öldü

Bakı. Trend:

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 17-də saat 13 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Vüqar Ocaqverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı hasara vurub və hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti