Bakı. Trend:
Çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.
FHN-dən Trend-ə verilən məlumata görə, ötən gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Qızılqum və Mingəçevir sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.