...

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Hadisə Materials 18 İyul 2019 00:43 (UTC +04:00)
Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının dam örtüyünə bərkidilən dəmir barmaqlıqların asılı vəziyyətdə qalması barədə məlumat daxil olub
Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının dam örtüyünə bərkidilən dəmir barmaqlıqların asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər dəmir barmaqlıqları yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Xəbər lenti

Xəbər lenti